Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
TARİXİN YADDAŞINA ÇEVRİLƏN FÜZULİ ƏMƏLİYYATI

0

  •           Ermənistan silahlı qüvələri
    30 ilə yaxın bir müddət idi ki, Azərbaycan torpaqlarını işğal
    altında saxlayırdı.Bu müddət ərzində aparılan
    danışıqlar heç bir müsbət nəticə vermədi. Əksinə olaraq Ermənistan baş nazirinin
    Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi, qondarma DQ respublikasının
    paytaxtının Şuşa şəhərinə köçürülməsi ilə bağlı bəyanatları vəziyyəti daha da
    gərginləşdirdi. İyul ayında Ermənistan Azərbyacan dövlət sərhəddinin Tovuz
    istiqamətində erməni silahlı qüvvələri hərbi təxribat törətdilər. 2020-ci il 27
    sentyabr tarixində ermənistan silahlı qüvələri ağır artilleriya və toplardan
    istifadə edəreək bütün cəbhə boyu hücuma keçdilər. Ölkə prezidenti Ali Baş Komandan
    İlham Əliyev cənablarının rəhbərliyi altında əks hücum əməliyyatı həyata keçirildi.
    Vətən müharibəsində tarixə düşəcək hərbi əməliyyatlardan hesab edilən Füzuli
    Əməliyyatı xüsusi önəm  daşıyır.

    44 gün davam edən DƏMİR YUMRUQ adı altında Rəşadətli Ordumuz müharibənin
    ilk günlərindən üstünlüyü ələ alaraq düşmənin 30il ərzində hazırladığı və möhkəmlıyi,
    keçilməzliyi ilə öyündüyü müdafiyə xəttini yardı dağlarda qurduğu yeraltı
    istehkamları darmadağın etdi.

    2020-ci il oktyabrın 3-dən 17-dək davam edən bu əməliyyata Azərbaycan
    ordusunun generalları Mais Bərxudarov və Hikmət Mirzəyev rəhbərlik edirdi.Cənub
    qərb istiqamətində düşmənə ağır zərbələr endirən ordumuz oktyabrın 4-də
    Cəbrayıl şəhərini və bir neçə şəhərini işğaldan azad etdi. Ermənistan ordusu bölmələrinə
    sarsıdıcı zərbələr endirildi. Canlı qüvvə baxımından böyük itkilər verən düşmən
    hərbi texnikalarını da döyüş meydanında atıb qaçdı. Təkcə bu əməliyyatda 27
    düşmən tankı qənimət kimi ələ keçirlidi, onlarla hərbi texnika isə məhv edildi.
    Nəhayət oktyabrın 17-də müzəffər Azərbyacan ordusunun Cəbarayıl, Hadurt və
    Xocavənd istiqamətlrindən mühasirəyə aldığı Füzuli şəhəri də düşməndən tam azad
    edildi. Füzulim şəhərinin işğaldan azad edilməsi Zəngilan və Qubadlıya da yol açmış
    oldu. Füzuli əməliyyatında ordumuz xüsusi peşəkarlıq və qəhrəmanlıq nümunəsi göstərdi.
    Uğurla başa çatan Füzuli əməliyyatı ilə ordumuz düşmən üzərində həm də
    mənəvi-psixoloji qələbə qazandı. Düşmənin özünün uydurduğu və uzun illər təbliğ
    etdiyi "məğlubedilməz erməni ordusu" haqqındakı mif bir neçə gün içərisində
    Azərbaycan ordusu tərəfindən yox edildi. Ərazi bütövlüyümüzün bərpası uğrunda
    başlanan Vətən müharibəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Xalq
    iqtidar birliyi və müzəffər ordumuzun gücü bizə bu qələbəni təmin etdi.

    Akif RÜSTƏMOV,

    Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin tarix müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib48 dəfə
    TARİXİN YADDAŞINA ÇEVRİLƏN FÜZULİ ƏMƏLİYYATI

    Maraqlı gələ bilər
    44
    45
    56